FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının yeni detalları üzə çıxıb.

Newsport.az “The Times” nəşrinə istinadən xəbər verir ki, geniş tənqidlərdən sonra ali futbol qurumu bu ideyadan imtina edib.

Söhbət FİFA Forward Enterprise (FFE) layihəsindən gedir. Layihəyə əsasən, FİFA-nın dünya çempionatı da daxil olmaqla, müxtəlif turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi nəzərdə tutulurdu. İyul ayında layihə ilə bağlı ABŞ-ın “JP Morgan” bankı tərəfindən hazırlanmış 25 səhifəlik sənəd ictimaiyyətə sızmışdı.

Qeyd edək ki, bank daha əvvəl uğursuzluqla nəticələnən Avropa Superliqası layihəsində də iştirak edib.

Plana əsasən, yeni şirkətin 20 faiz səhminin amerikalı investor Coşua Kuşnerə satılması nəzərdə tutulurdu. Bununla belə, FİFA FFE-də ən azı 50 faizlik payını özündə saxlamaq niyyətində idi.

İnvestorlar üçün nəzərdə tutulan gəlir uzunmüddətli perspektivə hesablanmışdı. Mənbənin məlumatına görə, onlar turnirdən 96 il ərzində gəlir əldə edə bilərdilər. İlkin sxem 12 illik hüquq dövrünü əhatə edirdi və müqavilə şərtlərinin ciddi şəkildə pozulmadığı halda bu müddətin növbəti dövrlər üçün uzadılması nəzərdə tutulurdu.

Layihənin idarəetmə strukturu da müəyyənləşdirilmişdi. Belə ki, FFE-nin Direktorlar Şurası 7 nəfərdən ibarət olmalı, qurumun prezidenti Canni İnfantino isə şuraya rəhbərlik etməklə yanaşı, həlledici səs hüququna malik olmalı idi. Şuraya FİFA-nın baş katibinin də daxil edilməsi planlaşdırılırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right