CAS Mərakeşi Afrika Millətlər Kubokunun qalibi kimi təsdiqləyəcək

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun (AFCON-2025) finalı ilə bağlı qalmaqallı işdə Mərakeş yığmasının lehinə qərar çıxaracaq və komandanın çempionluq statusunu qüvvədə saxlayacaq. Newsport.az “Marca”ya istinadən xəbər verir ki, rəsmi qərar bu gün elan olunacaq. 
 
Mübahisə 18 yanvar 2026-cı ildə Rabatda keçirilmiş Mərakeş – Seneqal finalında baş verən hadisələrlə bağlıdır. Əsas vaxtın əlavə edilmiş dəqiqələrində VAR müdaxiləsindən sonra Seneqalın qolu ləğv edilmiş və Mərakeşin xeyrinə penalti təyin olunmuşdu. Buna etiraz əlaməti olaraq Seneqal yığmasının baş məşqçisi Pap Tyav komandanı meydandan çıxarmış, futbolçular təxminən 14–15 dəqiqə sonra geri qayıtmışdılar. Penaltini Eduard Mendi dəf etmiş, əlavə vaxtda isə Pap Geye 1:0 hesablı qələbə qolunu vurmuşdu. 
 
Lakin Afrika Futbol Konfederasiyası (CAF) mart ayında Seneqalın icazəsiz meydanı tərk etməsini əsas gətirərək komandaya texniki məğlubiyyət (3:0) vermiş və çempionluğu Mərakeşə aid etmişdi. Seneqal Futbol Federasiyası bu qərarı CAS-da mübahisələndirmişdi.
 
“Marca”nın işə yaxın mənbəyə istinadən yazdığına görə, CAS aylarla davam edən araşdırmadan sonra turnir reqlamentinin tələblərinə əsaslanaraq CAF-ın qərarını qüvvədə saxlamağa meyillidir; bu isə Mərakeşin tarixində ikinci qitə çempionluğunu təsdiqləyəcək. 
 
Bununla belə, yekun və rəsmi hökm yalnız CAS-ın öz rəsmi kanalları vasitəsilə açıqlanacağı vaxt hüquqi qüvvə qazanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right