“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

“Şəfa” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Newsport.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov oyun haqda geniş danışılası nəsə olmadığını bildirib:

“Oyun haqda geniş danışılası nəsə yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodları olmadı. Daha sonra qol buraxdıqdan sonra gözlənilirdi ki, irəli atılacağıq. Belədə rəqib əks-hücumda fərqi artırdı.

Hücum xəttində problemlərimiz var. Məsuliyyət mənim üzərimdədir. Amma bu vəziyyətdən mən tək çıxmalı deyiləm. Rəhbərliklə əl-ələ verib, çətinliklərimzi geridə qoymalıyıq”.

“Şəfa” növbəti turda “İmişli”nin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right