İtaliyanın “Sampdoriya” klubu Azərbaycanın U-21 yığmasının üzvü Lorenso Mezzotero ilə müqaviləni uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 18 yaşlı hücumçu ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb. Müqavilədə bir illik uzadılma bəndi də yer alır.
Mezzotero 2025-ci ildən “Sampdoriya”da çıxış edir. O, bu mövsüm əsas komandada 4 oyunda 1 qol vurub.
Hücumçu Azərbaycanın U-21 yığmasına dəvət alır.
