"Çelsi" azarkeşlərinin davranışına görə 150 min funt sterlinq cərimələnib.
Newsport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytı məlumat yayıb.
Cəza İngiltərə Kubokunun 3-cü mərhələsində "Çarlton"la keçirilən və "Çelsi"nin 5:1 hesablı qələbəsi ilə başa çatan matçda baş verən hadisəyə görə tətbiq edilib.
Qarşılaşmanın 56-cı dəqiqəsi ətrafında "Çelsi" azarkeşləri din və ya inanc zəminində təhqiramiz, kobud və alçaldıcı ifadələr səsləndiriblər. London klubu ittihamı qəbul edib.
Müstəqil intizam komissiyası "Çelsi"yə 150 min funt sterlinq (təxminən 330 min manat) cərimə kəsib və gələcəkdə oxşar halların təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib.
Klub qərardan apellyasiya şikayəti versə də, müstəqil apellyasiya komissiyası müraciəti rədd edib. Beləliklə, ilkin qərar qüvvədə saxlanılıb.