Superkompüter “Liverpul” – “Mançester Yunayted” matçının favoritini açıqladı

“Opta” superkompüterinin hesablamalarına görə, İngiltərə Premyer Liqasının 11-ci turunda keçiriləcək “Liverpul” – “Mançester Yunayted” qarşılaşmasının favoriti meydan sahibləridir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt “Liverpul”un qələbə ehtimalını 57,3 faiz qiymətləndirib. Heç-heçə ehtimalı 22,2, “Mançester Yunayted”in qalib gəlmək şansı isə 20,5 faiz təşkil edir.

Bu qarşılaşma Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi kimi debüt oyunu olacaq. Argentinalı mütəxəssis millilərin oyunları ilə əlaqədar yaranmış fasilə zamanı Maykl Karriki əvəzləyib.

“Liverpul” – “Mançester Yunayted” matçı noyabrın 22-də “Enfild” stadionunda keçiriləcək. 10 turdan sonra 18 xalı olan “qırmızılar” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 8 xalla birbaşa liqadan düşmə zonasında – 18-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right