"Vilyarreal" matçıöncəsi "Barselona"da itki

Andreas Kristensen yenidən səhhətində problemlərlə üzləşib.

Newsport.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi sol baldır əzələsində hiss etdiyi yüngül narahatlıq səbəbindən noyabrın 22-də keçiriləcək La Liqanın 13-cü turunun “Vilyarreal”la oyununu buraxa bilər.

Danimarkalı futbolçu son iki ay ərzində cəmi bir matçda iştirak edib. O, noyabrın 8-də “Atletiko”ya qarşı oyunda sonradan meydana daxil olub. Digər qarşılaşmaları isə əzələ zədəsi səbəbindən buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right