Azərbaycan təmsilçisi “Zəngəzur” UEFA Regionlar Kubokunda ilk matçını keçirib.
Newsport.az xəbər verir ki 7-ci qrupda yer alan “Zəngəzur” 1-ci turda Polşanın “Dolnoşlyonski” komandası ilə üz-üzə gəlib.
Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 12:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zəngəzur” qrupda növbəti matçlarını noyabrın 24-də Türkiyənin “İstanbul”, 27-də isə Rumıniyanın “The Carpathians” komandasına qarşı keçirəcək.