"Bavariya"nın hücumçusu Harri Keyn 2027-ci ilə qədər meydana çıxa bilməyəcək.
Newsport.az xəbər verir ki, bu barədə “Sky Sport Deutschland” məlumat yayıb.
İngiltərəli futbolçu Bundesliqanın “Köln”lə 1:1 hesablı heç-heçə etdikləri matçın ilk hissəsində zədələnib. O, təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani də qarşılaşmadan sonra Keynin bir neçə ay komandasına kömək edə bilməyəcəyini təsdiqləyib. Klubun idman direktoru Maks Eberl isə hücumçunun baldırın böyük və kiçik sümüklərini birləşdirən sindesmoz bağlarının qopmasından əziyyət çəkdiyini açıqlayıb.