Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.
“Kristal Pelas” 30 yaşlı forvardın transferini nəzərdən keçirir. London təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə qatmağa çalışa bilər. Toni isə İngiltərəyə qayıtmağa müsbət yanaşır. O, bu yolla 2028-ci il Avropa çempionatı üçün İngiltərə millisinin heyətinə düşmək şansını artırmaq istəyir.
Bu yaxınlarda “Kristal Pelas”ın baş məşqçisi təyin olunan Tomas Frank daha əvvəl “Brentford”da Toni ilə birlikdə çalışıb.
İngiltərəli hücumçu cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.