Bundesliqa: “Bavariya” evdə xal itirdi

Almaniya Bundesliqasında X tura start verilib.

Newsport.az xəbər verir ki, turun açılış matçında “Bavariya” doğma meydanda “Köln”ü qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Görüşdə hesabı qonaqlar açıblar. 12-ci dəqiqədə Mayki Mur “Köln”ü önə çıxarıb. Meydan sahibləri 37-ci dəqiqədə Nataniel Braunun qolu ilə bərabərliyi bərpa ediblər. İkinci hissədə tərəflərin cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Qeydə alınan nəticə:

Almaniya Bundesliqası

X tur

“Bavariya” – “Köln” 1:1

Qollar: Nataniel Braun, 37 – Mayki Mur, 12





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right