Azərbaycanda yeni tikilən stadionun inşası başa çatır

Hazırda II Liqada mübarizə aparan "Zəngəzur" klubu özünə yeni stadion inşa edib.

Newsport.az xəbər verir ki, Mehdiabadda yerləşən stadionun açılışının bu ayın sonunda keçirilməsi gözlənilir.

Hazırda arenada son tamamlama işləri aparılır.

İşıqlandırma sistemi artıq quraşdırılıb, paltardəyişmə otaqlarında isə yekun işlər görülür.

Bütün işlər başa çatdıqdan sonra "Zəngəzur" ev oyunlarını yeni stadionda keçirməyə başlayacaq. "Zəngəzur" hazırda ev oyunlarını Binə qəsəbə stadionunda keçirir. (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right