“Barselona”nın hücumçusu Rafinya Dias ünvanına səsləndirilən tənqidlərə cavab vermək niyyətindədir.
Newsport.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunda braziliyalı futbolçunun milli komandanın yoxlama oyunlarında iştirak edərkən üzləşdiyi problemlər narazılıq doğurur. Belə ki, Rafinya daha əvvəl Braziliya millisinin düşərgəsindən zədəli qayıdıb. Bu yaxınlarda isə “Barselona”nın idman direktoru Deku “sambaçılar”ın uzun məsafəli uçuşlarla bağlı probleminə diqqət çəkib.
Braziliyada Rafinyanı tənqid edənlər isə futbolçunu klub maraqlarını milli komandadan üstün tutmaqda və yığmada potensialını tam ortaya qoymamaqda günahlandırırlar.
29 yaşlı futbolçu yaxın günlərdə bu məsələyə münasibət bildirəcək. Rafinya hesab edir ki, son zədələri sadəcə uğursuz təsadüflərin nəticəsidir. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.