“Tottenhem” onu İngiltərə klublarına satmaq istəmir

“Tottenhem” braziliyalı hücumçusu Riçarlisonun İngiltərə Premyer Liqasının başqa klublarına keçməsinə razı deyil.

Newsport.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Everton” və “Kristal Pelas” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. Ancaq “Tottenhem” rəqiblərini gücləndirməmək üçün hücumçunu xarici klublara satmağa üstünlük verir.

Türkiyə və Braziliya təmsilçiləri də Riçarlisonun vəziyyətini izləyir.

Braziliyalı forvard bu mövsüm cəmi 2 oyunda meydana çıxıb və 1 qol vurub. Bundan sonra o, əsas komandadan kənarlaşdırılıb. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right