“Şəfa”nın futbolçusu Elnur Cəfərov Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilib.
Newsport.az xəbər verir ki, futbolçuya mükafat Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən “Şəfa” – “Qəbələ” matçından əvvəl təqdim olunub.
Mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.