“Atalanta”nın hücumçusu Nikola Krstoviç A Seriyasının ən çox maraq göstərilən forvardlarından birinə çevrilib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Monteneqro millisinin üzvü “Yuventus”, “Milan” və “Napoli”nin transfer hədəfindədir. Hər üç klubun skautları futbolçunun çıxışını yaxından izləyir.
Krstoviç cari mövsümdə İtaliya çempionatında 11 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna kimidir.
25 yaşlı hücumçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.