Çalhanoğlu İngiltərə klubuna keçə bilər

Türkiyə millisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını London klublarından birində davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Türkiyəli futbolçunu heyətinə qatmaqda “Tottenhem” maraqlıdır. Çalhanoğlunun Milan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Bu səbəbdən, London təmsilçisi 32 yaşlı yarımmüdafiəçini azad agent kimi transfer edə bilər.

Çalhanoğlu 2021-ci ilin yayından “İnter”də çıxış edir. O, cari mövsümdə A Seriyasında 9 oyuna çıxıb və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right