"Yaxşı təşkilatlanmış klubda çalışmaq istəyirəm" - Konte

Antonio Konte müxtəlif klubların inkişafına necə təsir göstərdiyindən danışıb.

Newsport.az xəbər verir ki, Konte “Cronache di Spogliatoio” podkastında maraqlı fikirlər səsləndirib:

“Məşqçilik karyeramı başa vurmamışdan əvvəl çox istədiyim bir şey var: artıq yaxşı təşkilatlanmış bir kluba rəhbərlik etmək. Bu, sanki ‘Formula-1’də poul-pozisiyada dayanan bolidin sükanı arxasına keçmək kimi olardı.

Karyeram ərzində heç vaxt belə bir imkanım olmayıb, amma görünür, taleyim belədir. Mən həmişə çətin şəraitdə olan klublara gəlmişəm və bəxtim gətirib. Bununla belə, komandaları yenidən qələbə yoluna qaytardığım üçün təqdirə layiq olduğumu düşünürəm.

‘Yuventus’da da belə oldu. Komanda yeddi ildən sonra yenidən qələbələr qazanmağa başladı. ‘İnter’ 10 il idi ki, İtaliya çempionluğunu qazana bilmirdi. ‘Çelsi’ isə mən gəlməmişdən əvvəl fəlakətli mövsüm keçirmiş və çempionatı 10-cu pillədə başa vurmuşdu. Lakin mənim rəhbərliyim altında Premyer Liqanın qalibi oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right