Qurban Qurbanov: “Sanki Avropa matçına çıxmışdıq”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”in qonağı olub.

Newsport.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Burada olan atmosferə görə “Kəpəz” rəhbərliyinə, azarkeşlərə təşəkkür edirəm. Sanki Avropa matçına çıxmışdıq. Futbol oynamaq üçün hər cür şərait var idi. Futbolçularıma təşəkkür etmək istəyirəm, sona kimi vuruşdular. Deyiləcək çox şey yoxdur. Ancaq irəli getməliyik. Bizə qarşı istək həmişə həddindən artıq böyükdür. Bu, sevindirici haldır. Çempionatın səviyyəsini görürük. İnanıram ki, qarşıdakı oyunlarda daha da yaxşı kolletiv görəcəyik.

Rəqibi nəzərə almaq lazımdır. İstənilən komanda ilk hissədə daha istəkli olur. Əks-hücumlara çıxırdılar tez-tez.

Buradakı atmosfer mənə əvvəlki illəri xatırlatdı. Bu stadionda həmişə belə olub. 2004-cü ildəki “qızıl oyun”da da belə ab-hava var idi. Ümumiyyətlə, çox yaxşı idi, azarkeş mədəniyyəti də hiss olunur, nalayiq ifadələr işlətmirdilər”.

“Qarabağ” növbəti turda “Sumqayıt”ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right