“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın prezidenti Xuan Laporta, komandanın cinah hücumçusu Lamin Yamal haqqında danışıb.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəhbəri, 19 yaşlı futbolçunun istedadını və yetkinliyini xüsusi vurğulayıb:
“Lamin Yamal dahidir. Hər dəfə onunla görüşəndə bunu ona deyirəm. O, təkcə inanılmaz texniki istedada malik deyil, həm də yaşına görə çox yetkindir. Bu yaxınlarda məşqi izləyərkən Yamal elə möhtəşəm qol vurdu ki, ondan bunu necə etdiyini soruşmalı olduq. O, inanılmaz dərəcədə yaradıcıdır. Komanda yoldaşları ilə əla münasibəti var. Onlar bilirlər ki, yanlarında əsl dünya səviyyəli futbol ulduzu oynayır. Belə yaxşı məşq etməyə davam etdiyi müddətdə o, inkişafını da davam etdirəcək”.
“Barselona” La Liqada növbəti oyununu doğma meydanda “Vilyarreal”a qarşı keçirəcək. Kataloniya klubu həmçinin, 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.