“Elə bir gün gələcək ki, geridönüş edə bilməyəcəyik”

“Real”ın baş məşqçisi Joze Mourinyo “Selta” üzərindəki əzmkar qələbədən (2:1) sonra komandasının tez-tez hesabda geri düşməsindən narahat olduğunu bildirib.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu cür oyunların gec-tez uğursuz nəticələnə biləcəyini vurğulayıb:

“Əlbəttə, bu, məni narahat edir. Gec-tez elə bir gün gələcək ki, geridönüş edə bilməyəcəyik, bu, dəqiqdir. Üstəlik, bu, bu gün gördüyümüz kimi, müəyyən risklər də daşıyır. Hesabı 2:1 edən kimi, “Selta” bərabərliyi təmin etmək üçün ciddi təzyiq göstərməyə başladı. Həmin məqamda artıq bütün əvəzetmələrimdən istifadə etmişdim. Meydanda dörd əsl hücumçu, eləcə də özlərinə yan mövqelərdə oynayan iki yarımmüdafiəçi var idi. Bu gün altıncı əvəzetməyə həqiqətən ehtiyacım var idi. Kilian Mbappeni və ya Arda Güləri çıxarıb yerinə Orelyen Tçuamenini salmaq istəyirdim, lakin artıq belə bir imkanım yox idi. Bütün bunlar riskdir. Hesab 1:1 olanda tam hücuma keçdik. İdeal halda isə elə ilk dəqiqədən yaxşı oynamaq istəyirsən”.

“Real” La Liqanın növbəti turunda doğma meydanda “Alaves”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right