Türkiyənin 2 klubu Çalhanoğlu ilə maraqlanır

“Yuventus”, “Qalatasaray” və “Fənərbaxça” Hakan Çalhanoğlunun “İnter”dəki vəziyyətini yaxından izləyir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” isə türkiyəli futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir. Lakin tərəflər arasında maaş məsələsində fikir ayrılığı yaranıb. İtaliya klubu yarımmüdafiəçinin hazırda illik 6,5 milyon avro olan maaşını azaltmağa çalışır. Çalhanoğlu isə yeni müqavilədə mövcud şərtlərə yaxın maliyyə şərtlərinin qorunmasını istəyir.

32 yaşlı futbolçunun “İnter”lə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right