PSJ-də şok itki

PSJ-nin futbolçusu Desir Due sağ dizinin ön çarpaz bağlarının qopması səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qala bilər.

Newsport.az xəbər verir ki, bu barədə  “L’Équipe” nəşri məlumat yayıb.

21 yaşlı hücumçu Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” ilə keçirilən oyunda (2:3) zədələnib. O, matçın 38-ci dəqiqəsində topla hərəkət edərkən qəfil yerə yıxılıb və dizindən tutub. Futbolçuya ilkin tibbi yardım göstərildikdən sonra meydandan xərəkdə çıxarılıb.

Futbolçunun zədəsi ilə bağlı dəqiq məlumatın bu gün ərzində açıqlanacağı gözlənilir. Ancaq ilkin ehtimallara görə, Due bir neçə ay oynamayacaq.

Desir Due bu mövsüm bütün turnirlərdə 15 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right