37 yaşlı hücumçu "Bavariya"ya keçə bilər

Harri Keyn zədələndiyi üçün "Bavariya" hücum xəttini müvəqqəti olaraq yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Bundesliqa nəhəngi "Nyu York"da çıxış edən Erik-Maksim Şupo-Motinqi heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Kamerunlu forvardın ABŞ klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır. Bunu nəzərə alan "Bavariya" 37 yaşlı hücumçu ilə yanvarda 6 aylıq müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, 2025-ci ilin yanvarından "Nyu York"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə MLS təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2020-2024-cü illərdə "Bavariya"nın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right