“Filadelfiya”nın yarımmüdafiəçisi Kavan Sallivan 2026-cı il mövsümünün MLS-də ən yaxşı gənc futbolçusu seçilib.
Newsport.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Sallivan 17 yaş 56 günlük olarkən bu mükafata layiq görülüb. Bununla da o, MLS tarixində mükafatın ən gənc sahibi olub.
Sallivan yekun səsvermədə böyük fərqlə “Nyu-York Red Bullz”un iki futbolçusunu qabaqlayıb. Culian Holl ikinci, Adri Mehmeti isə üçüncü yeri tutub.
Qeyd edək ki, Kavan Sallivan 2026-cı il MLS mövsümündə 29 oyunda 9 qol vurub və 14 məhsuldar ötürmə edib.