Ərəblər legioner limitini dəyişir

Səudiyyə Ərəbistanında legioner futbolçularla bağlı limitin dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir.

Hazırda Pro Liqa klublarına istənilən yaşda maksimum 8 əcnəbi futbolçunu, həmçinin yaşı 21-dən çox olmayan daha 2 legioneri sifariş ərizəsinə daxil etməyə icazə verilir. Məlumata görə, bu limitin 14 futbolçuya, hətta daha yüksək rəqəmə çatdırılması müzakirə olunur.

Bildirilir ki, belə dəyişikliklər xarici futbolçuların Səudiyyə Ərəbistanına axınını daha da sürətləndirə bilər. Liqa klubları qış transfer pəncərəsi açılana qədər legioner limiti ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right