UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqiblərindən olan "Vilyarreal"ın yarımmüdafiəçisi Natan Saliba əməliyyat olunacaq.
Newsport.az İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, kanadalı futbolçu ötən cümə günü məşq zamanı sol topuğunun bağından zədə alıb. Onun Madriddə əməliyyat olunacağı bildirilib.
"Cade Ser"in məlumatına görə, ilkin olaraq Salibanın dəqiq qayıdış tarixi açıqlanmasa da, onun təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə o deməkdir ki, futbolçu ÇL-in Liqa mərhələsinin 6-cı turunda "Sabah"la keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, "Vilyarreal" - "Sabah" matçı dekabrın 8-də İspaniyada keçiriləcək.