“Bavariya”nın baş icraçı direktoru Yan-Kristian Drezen komandanın yarımmüdafiəçisi Camal Musialanın səhhəti və gələcəyi ətrafında yaranan mübahisələrə münasibət bildirib.
Newsport.az xəbər verir ki, noyabrın 2-də məşq zamanı yenidən huşunu itirən 23 yaşlı futbolçu üçün bu, 2026-cı ilin avqustundan bəri üçüncü belə hadisə olub.
Bundan sonra klubun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge səhhətindəki problemlərə görə Musialanın satışının mümkünlüyünü istisna etməyib. Onun açıqlaması geniş müzakirələrə səbəb olub.
Drezen isə "Bild"ə açıqlamasında futbolçuya dəstək olduqlarını və onun əvvəlki formasına qayıdacağına inandıqlarını deyib:
“Musiala ilə bağlı məsələ barədə indiyədək hər şey deyilib. Sadəcə sakitliyimizi qorumalı və ona oynamaq imkanı verməliyik. Cümə günü planlaşdırıldığı kimi meydana çıxmasına çox sevindim. İndi onun əvvəlki formasına qayıdacağına ümid edirik.
Bu məsələ azarkeşləri narahat edir. Çünki hər bir futbolçumuz bizim üçün doğmadır. Camal da bizim ailəmizin bir üzvüdür. Məhz buna görə onun qayğısına qalırıq. Ona görə də bu qədər müzakirənin yaranacağı gözlənilən idi. Amma FIFPro-nun (Beynəlxalq Peşəkar Futbolçular Federasiyası) reaksiyasına, etiraf edim ki, təəccübləndim. Axı bu oyunçular birliyi Almaniyada faktiki olaraq təmsil olunmur.
Camalın bərpa olunması və əvvəlki formasına qayıtması üçün ona vaxt vermək bizim borcumuzdur. Eyni zamanda klub qarşısında da məsuliyyət daşıyırıq. Uli Höness və Karl-Haynts Rummenigge də fərqli məqamları vurğulasalar da, əslində eyni fikri ifadə ediblər.