Mahir seçilənlər arasında

Polşa “Rakuv”unun hücumçusu Mahir Emreli ölkə çempionatında məhsuldar ötürmələri ilə diqqət çəkir.

Polşa mediası Ekstraklasının 15-ci turundan sonra ən yaxşı asistentlərin siyahısını təqdim edib. Azərbaycan millisinin üzvü də mövsüm ərzində məhsuldar ötürmə edən futbolçular sırasındadır. 15-ci turdan sonra Emrelinin hesabında 3 asist var.

Siyahıda əsas rəqabət “GKS Katovitse”nin futbolçusu Bartoş Novak və “Şlensk”in yarımmüdafiəçisi Pyotr Samets-Talar arasında gedir – 8 asist.

Mahir cari mövsümdə “Rakuv”un heyətində həm də 3 qol sahibidir və məhsuldar oyunu ilə komandasının hücum xəttinə töhfə verir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right