“Barselona” La Liqanın 13-cü turunda “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub etdikləri görüşdə yarımmüdafiəçi Fermin Lopesə göstərilən qırmızı vərəqə ilə bağlı apellyasiya şikayəti verməyə hazırlaşır. Newsport.az “Cadena SER”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun iki oyunluq cəzalandırılacağından ehtiyat edir.
Bu halda o, “Deportivo” və “Atletiko Madrid”lə qarşılaşmaları buraxa bilər.
Hadisə Lopes əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında əyləşdiyi vaxt baş verib. Baş hakim Alexandro Ernandes Ernandes onun dördüncü hakimin qərarına kəskin etiraz etdiyi üçün meydandan qovulduğunu qeydə alıb. “Barselona” isə futbolçunun davranışının belə sərt cəzaya əsas vermədiyini, oyun gərginliyinin nəticəsi olduğunu və qırmızı vərəqənin ədalətsiz verildiyini düşünür.