UEFA “Sabah”ın futbolçusuna cəza verdi

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Vilyarreal”la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.

Newsport.az xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə “Vikinq”lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır.

Beləliklə, mərkəz müdafiəçisi “Sabah”ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right