"Sumqayıt" Masaki Murata ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubla yaponiyalı hücumameyilli yarımmüdafiəçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Masaki Murata cari mövsümdə "Sumqayıt"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.