"Qırmızı şeytanlar" mövsümdə 34 qol buraxıb Avropanın aparıcı liqalarında ən pis göstərici

“Mançester Yunayted” bu mövsüm Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda olub.

Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”un qonağı olan Mançester təmsilçisi “Enfild” stadionunda 0:4 hesabı ilə məğlubiyyətə uğrayıb.

Bu qarşılaşmadan sonra “qırmızı şeytanlar”ın cari mövsümdə buraxdığı qolların sayı 34-ə çatıb. Bu isə Avropanın beş ən güclü çempionatında qeydə alınan ən zəif müdafiə göstəricisidir.

Siyahıda növbəti pillələri hərəyə 33 qol buraxan İngiltərənin “Kristal Pelas” və Almaniyanın “Union Berlin” klubları bölüşürlər.

İtaliya A Seriyasında mübarizə aparan “Sassuolo” və Fransa Liqa 1 təmsilçisi “Lans” isə qapılarında 32 qol görüblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right