Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında dünya çempionatı yekunlaşıb.
Newsport.az xəbər verir ki, Azərbaycan millisi mundialı 3 medlala başa vurub. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc mükafatçı olub.
Xatırladaq ki, ölkəmizi yarışda 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) 14 cüdoçu təmsil edib. Komanda gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılovun rəhbərliyində mübarizə aparıb.