"Sabah" - "Barselona" matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçının təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, oyunu Şotlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşün baş hakimi Nikolas Uolş idarə edəcək. Ona yan xətlərdə Fransis Konnorla Daniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. VAR-da Endryu Dallas, AVAR-da isə Stiven Maklin əyləşəcək.

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması 25 noyabr tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right