“Barselona” bu gün gəlir

“Barselona” “Vilyarreal” üzərində əzmkar qələbədən (3:2) sonra Çempionlar Liqasındakı növbəti oyunu üçün Bakıya yola düşəcək.

İspaniya bu gün saat 13:00-da (Bakı vaxtı ilə 16:00) Josep Tarradellas hava limanından Bakıya uçacaq. Komandanın Bakıya saat 18:10-da (Bakı vaxtı ilə 21:10) çatması planlaşdırılır.

Prezident Joan Laportanın da yer aldığı nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan “Ritz-Carlton” hotelinə yollanacaq. “Barselona” Bakıda həmin hoteldə məskunlaşacaq.

Uzun sürən (5 saat) uçuş və İspaniya ilə Azərbaycan arasındakı 3 saatlıq vaxt fərqi səbəbindən komanda bu gün məşq keçirməyəcək. Baş məşqçi Hans-Diter Flik futbolçuların sabah saat 17:00-da Bakı Olimpiya Stadionunda məşq etməsini planlaşdırıb.

Məşqdən əvvəl Flik və komandanın bir futbolçusu mətbuat konfransında iştirak edəcək.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində noyabrın 25-də Bakıda “Sabah”la qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunda saat 18:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right