Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Barselona” oyunu öncəsi mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı noyabrın 24-də saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq.
 
“Barselona”nın çalışdırıcısı Hans Flikin mətbuat konfransı həmin gün saat 19:15-də, media üçün açıq məşqi isə saat 20:00-da başlayacaq.
 
Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Mətbuat konfransları da eyni məkanda təşkil olunacaq.
 
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right