“Real Madrid”in futbolçusu Cud Bellinqem klubla yeni və daha uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.
Newsport.az xəbər verir ki, tərəflər arasında şifahi razılığın əldə olunub və yaxın zamanda rəsmi prosedurlara başlanılacaq.
İngiltərəli yarımmüdafiəçi klub rəhbərliyi və baş məşqçi Joze Mourinyonun əsas fiqurlarından biri hesab olunur. Bellinqemin Madrid klubunda özünü xoşbəxt hiss etdiyi və karyerasını burada davam etdirmək istədiyi qeyd olunur.