Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi

Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib. Bu, Mumi Nqamaleunun zədələnərək uzun müddətə sarıdan çıxmasına görə baş verib.

Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək,  Mumi Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib. 

Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.

Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.

Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə edilib.

Yeri gəlmişkən, "Pafos" noyabrın 26-da Konfrans Liqasında Danimarkanın "Mityülland" komandasını qəbul edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right