Əmrə Belözoğlu "Fənərbağça" tarixində ilkə imza atacaq

“Fənərbağça”nın baş məşqçisi Əmrə Belözoğlu sabah keçiriləcək “Şaxtyor”la matçda klubun tarixinə düşəcək.

Newsport.az xəbər verir ki, Londondakı “Stemford Bric” stadionunda baş tutacaq qarşılaşma ilə Belözoğlu UEFA Çempionlar Liqasında həm futbolçu, həm də baş məşqçi kimi “Fənərbağça”nı təmsil edən ilk şəxs olacaq.

Futbolçu karyerası ərzində İstanbul təmsilçisinin formasını 227 dəfə geyinən Əmrə 2008/09 mövsümündə komandanın heyətində Çempionlar Liqasında 3 oyuna çıxıb.

O, qrup mərhələsində “Porto” ilə keçirilən hər iki qarşılaşmada, eləcə də Kiyev “Dinamo”su ilə matçda iştirak edib.

Beləliklə, sabahkı görüş Belözoğlunun baş məşqçi kimi UEFA Çempionlar Liqasındakı ilk sınağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right