Dünya çempionatında 15:0 hesabı

Qətərdə keçirilən FİFA U-17 dünya çempionatında tarixi nəticə qeydə alınıb.

Newsport.az xəbər verir ki, İspaniya yığması Fici millisini 15:0 hesabı ilə məğlub edib.

Ötən gün oynanılan görüşdə İspaniyanın heyətində Rafael Krus 5 qol vuraraq xüsusi diqqət çəkib. Roberto Tomas və Gilyermo Truxilyano het-trikə imza atıblar.

Rafael Krus kişi futbolçular arasında U-17 dünya çempionatının bir oyununda 5 qol vuran ilk futbolçu olub. 

Bu, U-17 dünya çempionatları tarixində ikinci ən böyükhesablı qələbədir. Rekord isə 2025-ci ildə Mərakeşin Yeni Kaledoniyanı 16:0 hesabı ilə məğlub etdiyi oyuna məxsusdur. 

Qeyd edək ki, İspaniya bu qələbə ilə turnirin 1/16 finalına vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right