“Mançester Yunayted” rəhbərliyi Harri Maquayrı itirmək niyyətində deyil.
Newsport.az xəbər verir ki, son aylarda 32 yaşlı müdafiəçinin gələn yay komandadan göndəriləcək futbolçular siyahısında olduğu iddia edilsə də, “TEAMtalk” fərqli məlumat yayıb.
İngiltərəli futbolçu ilə müqavilənin müddətinin uzadılması “qırmızı şeytanlar”ın yaxın həftələrdəki əsas prioritetlərindən birinə çevrilib. Klub daha bir mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır, ancaq bu, Maquayrın əvəzlənməsi üçün deyil, müdafiə xəttində rəqabəti artırmaq məqsədi daşıyır.
Maquayrın klubu ilə hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.