Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.
Newsport.az saytının məlumatına görə, çempionatın dördüncü günündə 53, 58 və 75 kq çəki dərəcəsində qadın güləşçilər yarışır.
53 kq
1/16 final - Anjela Doroqan - İzabella Sambou (SEN) 3:2
1/8 final - Nataliya Budu (MDA) - Anjela Doroqan 6:3
58 kq
1/16 final - İrina Netreba - Romero Bonilla (MEX) 3:1
1/8 final - Lisset Antes (ECU) - İrina Netreba 14:6
Qeyd edək ki, Qadın güləşçilərin ilk yarış günündə yığmamız 1 gümüş və 1 bürünc medala sahib olub. Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) isə bürünc medal qazanıb.