Millimiz Xorvatiyaya 1:4 uduzdu

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, təlim-məşq toplanışının son mərhələsində Faiq Qarayevin yetirmələri Xorvatiya millisi ilə gücünü yoxlayıb.   Qarşılaşma komandamız üçün uğursuz alınıb və Ancelo Vercesinin çalışdırdığı rəqib 4:0 (25:11, 25:17, 25:22, 25:20) hesabı ilə qələbə qazanıb. Millimiz Mariborda Sloveniya və Polşa voleybolçuları ilə də yoxlama matçı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right