Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sofiyada sonuncu yoxlama oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayevin yetirmələri ev sahibləri ilə üçüncü dəfə qarşılaşıblar.
İlk 2 görüşdə 2:2 hesabı ilə heç-heçə edən millimiz sonuncu oyunda məğlub olub – 0:4.
Qeyd edək ki, bununla da millimizin Bolqarıstandakı təlim-məşq toplanışı başa çatıb. Yığmamız sentyabrın 10-da Bakıya dönəcək.