Bakıda atçılığın konkur növü üzrəbeynəlxalq turnir keçiriləcək.
Newsport.az saytının məlumatına görə, 18-20 sentyabr tarixlərində Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində atçılığın konkur növü üzrə “Odlar Yurdu Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycan, Gürcüstan, Almaniya, İtaliya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir.
Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-yə yaxın atın iştirakı gözlənilir.
Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.
Turnirin ümumi mükafat fondu 44,000 AZN təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur.