Azərbaycan boksçusu dünya çempionu oldu

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.

Newsport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komanamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq, bürünc medala layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right