2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarını Rumıniya, Macarıstan və Belçikada translyasiya hüququnu qazanan şirkətlər bəlli oldu.
Newsport.az saytı xəbər verir ki, Avropa oyunlarının təşkilatçıların müqavilə bağladığı Digisport telekanalı yarışları Rumıniya və Macarıstanda, Sport10 kanalı isə Belçikada yayımlayacaq.
Beynəlxalq idman yayımı şirkəti teleşirkətlərə 800 saatdan çox birbaşa yayımla təmin edəcək.
Qeyd edək ki, daha əvvəl Türkiyənin NTV Sport kanalı ilə müqavilə imzalanıb.