Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
60 kq
1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) 11:6
1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba
61 kq
1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 2:11
1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN)
86 kq
1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev 0:10
1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) 10:0
1/4 final - Məhəmmədhacı Xatiyev
97 kq
1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) 8:0
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:5
1/4 final - Xetaq Qazyumov
Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.
Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib.