Cüdo Federasiyasının prezidenti məlum oldu

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib.

Newsport.az-ın məlumatına görə, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident seçilib.

Federasiyadan o da bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra kimlərin federasiyada qalıb-qalmayacağı da dəqiqləşəcək.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right